Maquayr Bellingemi "ən yaxşı" adlandırdı

“Hazırda dünyada Bellingemdən güclü yarımmüdafiəçi yoxdur".

Sportline.az xəbər verir ki, bunu "Mançester Yunayted"in futbolçusu Harri Maquayr “Evening Standard” nəşrinə danışarkən deyib.

"Ondan başqa heç bir seçim yoxdur. O, xarakteri, əla fiziki forması və təvazökarlığı ilə seçilir. Tədricən inkişaf etməyə davam edir. Əminəm ki, o, eyni ruhda davam edəcək. Onun böyük istedadı var”, - deyə Maquayr bildirib.

Cud Bellinqem "Real Madrid"də 10 oyunda 10 qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.