"Marakana"dakı qarşıdurmanın səbəbi bilindi

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Braziliya - Argentina matçından əvvəl baş verən qarşıdurma gündəmi zəbt edib.

Sportline.az xəbər verir ki, Argentina millisinin ən məşhur azarkeşlərindən olan Martin Munyos xoşagəlməz hadisənin səbəbini açıqlayıb.

O, hadisəni xatırlayarkən "Hər şey braziliyalıların tribunamıza yaxınlaşıb Argentina bayrağını yığışdırmağa çalışdıqları zaman başladı. Buna etirazımızı bildirəndə isə qarşıdurma yaşandı. Hamımızı bir tribunaya sıxışdırdılar. Həm bizi, həm də rəqib azakeşləri. Bu isə, dava-dalaşa səbəb oldu ", - deyə Munyos Championat-a açıqlamasında bildirib.

Xatırladaq ki, Argentina millisinin 1-0 hesablı qələbəsi ilə başa çatan oyundan əvvəl tribunalarda polisin iştirakı ilə dava-dalaş baş verib. Bu səbəbdən matçın start fiti təxminən yarım saat sonra səsləndirilib.