"Marsel" baş məşqçi ilə yollarını ayırıb

"Marsel" klubu təcrübəli məşqçi ilə məğlubiyyət sonrası yolları ayırıb. 

Sportline.az idman jurnalisiti Fabritsiyo Romanonun paylaşımına istinadla xəbər verir ki, Fransa klubu Cenaro Qattuzo ilə müqaviləyə xitam verib.

"Marsel" rəsmiləri səhər saatlarında baş məşqçiyə yolları ayırmaq istədiklərini bildiriblər.

Qeyd edək ki, Cenaro Qattuso daha öncə "Naploi", "Valensiya" və "Milan" klublarınıda çalışdırıb.