"Marsel" kanadalı futbolçunun keçidini rəsmləşdirib
"Uotford" və Kanada millisinin yarımmüdafiəçisi İsmael Kone "Marsel"ə transfer olunub.
Sportline.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçu tibbi müayinədən uğurla keçib və rəsmi müqavilə imzalanıb.Müqavilənin müddəti hələki məlum deyil.
Fransa mətbuatının xəbərinə görə, bu transfer "Marsel" klubuna 17.5 milyona başa gəlib.
Qeyd edək ki, 2023-cü ildə "Monreal"dan "Uotford"a transfer olunan Kone, ötən mövsüm Çempionşipdə 42 oyunda iştirak edib və 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.