"Marsel" yeni baş məşqçi ilə danışıqlara başlayıb
"Marsel" yeni baş məşqçi ilə danışıqlara başlayıb
Sportline.az RMC Sport-a istinadən xəbər verir ki, Kot-d’İvuarın sabiq çalışdırıcısı Jan-Lui Qasset “Marsel” klubuna rəhbərlik edə bilər.Mənbənin xəbərinə görə,klub rəhbərliyi ilə məşqçi arasında mövsümün sonuna qədər müqavilə bağlanması üçün danışıqlar aparılır.Marsellilər ümid edir ki,yeni məşqçi cümə axşamı ,fevralın 22-də Avropa Liqasının 1/16 final mərhələsinin “Şaxtyor”la cavab oyununda komandanın başında olacaq.
Jan-Lui Qasset 2022-ci ilin may ayından Kotdivuar millisinin baş məşqçisi idi.Onun rəhbərliyi altında komanda Afrika Millərlər Kubokunun A qrupunu 3 xalla üçüncü yerdə tamalayıb.Kot-d’İvuar qrup mərhələsində yalnız Qvineya Bissaunu məğlub edə bilib.Qassetin istefasından sonra komanda Afrika Millətlər kubokunun qalibi olub.
Qeyd edək ki,70 yaşlı mütəxəssis daha öncə “Monpelye”, “Sent-Etyen” və “Bordo”da çalışıb.