Marselo "Real" azarkeşlərini sevindirib

Bir müddət əvvəl adı "Yuventus"la çəkilən Marselo yayda "Real"ı tərk etməyəcək.

Sportline.az İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi Zinəddin Zidanın "Real"a qayıtmasından sonra yayda "Yuventus"a keçmək fikrindən daşınıb.

Qeyd edək ki, braziliyalı futbolçunun "Real"la müqaviləsinin müddəti 2022-ci ilə qədərdir. Marselo cari mövsüm 26 oyuna 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.