Matias Vesina karyerasını Türkiyə Super liqasında davam etdirə bilər
"Latsio"nun futbolçusu Matias Vesina komandada əsas heyətə düşə bilməməsindən şikyaətlənib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, futbolçu bu üzdən klubdan ayrılmaq qərarına gəlib. Türkiyə nəhəngi "Qalatasaray"ın Vesina üçün rəsmi təklif göndərdiyi açıqlanıb.
Klub rəhbərliyi isə futbolçunu stamaq istəmədiyini bildirsə də Matias Vesina daim əsas heyətdə yer ala biləcəyi klubda olmaq istədiyini bildirib.
Qeyd edək ki, Matias Vesina bu mövsüm "Latsio" forması ilə çıxdığı 15 oyunda 3 qolla yadda qalıb.