Maurisio Poçettinonun “Çelsi” ilə bağlı planları

Maurisio Poçettino “Bretnford” ilə oyunda məğlubiyyətdən sonra hər şeyin fərqində olduğunu və azarkeşlərdən səbirli olmasını istəyib. 

Sportline.az "Goal.com"a istinadla xəbər verir ki, təcrübəli çalışdırıcı oyunsonrası mətbuat konfransında həmin matçdan danışıb.

“Bu oyunda məğlub olduq, bunu anlayıram. Dəyişməli olduğumuz şeylər üzərində işləyirik. Önəmli olan azarkeşlərə güvən verməkdir və biz bunu düzəltməyə çalışırıq. “Çelsi” xarakterli klubdur. Burada hər şeyi yenidən qurmaq elə də asan olmur. Azarkeşlərdən sadəcə bizə zaman verməsini xahiş edirəm”, - deyə Poçettino bildirib.

Qeyd edək ki, görüş “Brentford”un 2-0 hesablı qələbəsi ilə başa çatmışdı.