Maurisio Poçettino gənc futbolçunun gələcəyi barədə danışıb
"Çelsi"nin baş məşqçisi Maurisyo Poçettino gənc futbolçunun gələcəyi ilə bağlı danışıb.
Sportline.az idman jurnalisti Fabritsyo Romanonun paylaşımına istinadla xəbər verir ki, 20 yaşlı futbolçu Romeo Laviyanın uzun müddət komanda ilə məşqlərə çıxmaması təcrübəli mütəxəssisi narahat edib.
Maurisyo Poçettino açıqlmasında :"Zədəsi uzun müddətdir sağlamır. Komanda ilə məşqlərə də çıxmadıöı üçün Lavinyann gələcəyi sual altındadır",-deyib.
Qeyd edək ki, 20 yaşlı belçikalı yarımmüdafiəçi bu mövsüm cəmi 1 oyunda meydana çıxıb.