Mauro İkardi Yunanıstan nəhənginin hədəfində
"Qalatasaray"ın forvardı Mauro İkardi bugünlərdə maraqlı açıqlama ilə gündəmə gəlmişdi.
Sportline.az xəbər verir ki, İstanbulda sıxıldığını bildirən argentinalı ulduz komandadan gedəcəyinə işarə etmişdi.
Artıq futbolçunun gələn mövsümə hansı klubda başlayacağı ilə bağlı mülahizələr dolaşmaqdadır.
Türkiyə mətbuatının yaydığı xəbərlərdə həmin klublardan birinin "Panatinaikos" olduğu bildirilir.
Bu xəbəri məşhur yunan jurnalist Aris Qatas da təsdiqləyib.
Qeyd edək ki, "Panatinaikos"u "Qalatasaray"ın əfsanəsi Fatih Terim çalışdırır.
İkardinin istanbullularla müqaviləsi 2026-cı ilin yayınadəkdir.