Mauro İkardinin vəziyyəti ağırlaşıb
“Qalatasaray”ın argentinalı forvardı Mauro İkardinin zədəsinin ciddi olduğu üzə çıxıb.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “Bavariya” ilə görüşə ağrıkəsici ilə çıxan futbolçunun vəziyyəti ağırlaşıb.
İstanbul nəhənginin 30 yaşlı hücumçusunun ayağında yaranan problem ciddiləşməyə başlayıb.
Həkimlər İkardinin bir müddət istirahət etməli olduğunu bildiriblər.
Baş məşqçi Okan Buruk vəziyyəti daha da ağırlaşdırmamaq üçün onu “Kasımpaşa”yla oyunda meydana buraxmamaq qərarına gəlib.
Qeyd edək ki, İkardi bu mövsüm “Qalatasaray” forması ilə çıxdığı 17 oyunda 15 qol 3 asistlə yadda qalıb.