MBA-da günün icmalı

Milli Basketbol Assosiasiyasında yarımfinal mərhələsi davam edir.

Sportline.az xəbər verir ki, “Toronto Reptors” və “Miluoki Baks” arasında seriyanın 3-cü görüşündə qalib yalnız overtaymda müəyyənləşib.

Komandalar bu dəfə Torontoda qarşılaşıb. Xatırladaq ki, bu oyundan əvvəl “Baks” seriyada 2-0 hesabı ilə irəlidə idi. Komandalar arasında 3-cü qarşılaşmada ilk period meydan sahiblərinin xeyrinə yekunlaşıb. 30-21.

Növbəti hissədə Miluoki komandası yalnız 2 xalın əvəzini çıxıb. 58-51. Böyük fasilədən sonra isə mübarizə daha gərgin alınıb. “Baks” əvvəlcə fərqi 2 xala endirib. 77-75. Həlledici periodda isə hesab bərabərləşib. 96-96. Belə olan halda qalibi müəyyən etmək üçün əlavə vaxt təyin edilib. Burada isə “Reptors” inamlı təsir bağışlayıb. 118-112.

Beləliklə, “Toronto Reptors” yarımfinalda ilk qələbəsini qazanıb. Hələ ki seriyada “Miluoki Baks” 2-1 hesabı ilə irəlidədir. Klublar arasında 4-cü görüş yenə də Torontoda keçiriləcək.