Mbappe "TOP 10"da

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa çempionatlarının ən yaxşı bombardirləri siyahısına düşüb.

Sportline.az xəbər verir ki, ulduz futbolçu 14-cü turun "Havr"la oyununda (2-0) vurula qollardan birinin müəllifi olub.

Mbappe bununla cari mövsümdə qolların sayını 15-ə çatdırıb.

Karyerası ərzində Liqa 1-də 179 qola imza atan Kilian Fransa çempionatları tarixinin ən yaxşı 10 bombarditrindən biri olub.

24 yaşlı forvard hazırda Karlos Byanki və Qunnar Andersonla 9-cu yeri bölüşür.

Siyahıya 299 qolla argentinalı Delio Onnis başçılıq edir.