Mbappenin ehtiyatda qalma səbəbi bilindi
Fransa millisinin Yunanıstana qarşı ötən gecəki oyununda Kilian Mbappenin ehtiyatda qalması maraqla qarşılandı.
Sportline.az xəbər verir ki, komandanın baş məşqçisi Didye Deşam bunun səbəbini açıqlayıb.
Təcrübəli mütəxəssis bunu klubların mənafeyinin nəzərə alınması ilə əlaqələndirib.
Deşam, həftəsonu ölkə çempionatlarında oyunları olan futbolçuları qorumağın vacibliyini vurğulayıb.
Qeyd edək ki, Yunanıstan - Fransa matçı 2-2 hesabı ilə başa çatıb.