Mehmet Büyükekşi FİFA prezidentini ziyarət edib

Türkiyə Futbol Federassiyasının prezidenti Mehmet Büyükekşi FİFA prezidentini ziyarət edib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Fransanın Paris şəhərində təşikl olunan UEFA və FİFA-nın təşkil etdiyi iclasa qatılan Mehmet Büyükekşi, Hamit Altıntop və Mustafa Eröğütlə birliktə Cianni İnfantinonu ziyarət edib. 

Görüş zamanı FİFA rəsmisi "For School" layihəsinin Türkiyədə də keçirilməsini  və daha çox layihlərə ev sahibliyi etmələrini istəyib.Mehmet Büyükekşi isə Türkiyə futbolnunun inkişafı üçün bu cür addımların uğurlu olacağını bildirib.

Qeyd edək ki, Mehmet Büyükekşi açıqlamsında :"FİFA və UEFA Türkiyə futbolunun inkişafı üçün nə lazımdırsa edir. Bunun üçün təşəkkür edirik",-deyib.