Mehmet Topaldan ilk

“Başakşəhər”in yarımmüdafiəçisi Mehmet Topal daha bir ilkə imza atıb.

Sportline.az xəbər verir ki, 34 yaşlı oyunçu Çempionlar Liqasında 3 onillikdə (2000, 2010 və 2020) meydana çıxan ilk türk futbolçu kimi tarixə düşüb.

Türkiyə millisinin sabiq üzvü bunu ötən gecə Almaniyanın “Leyptsiq” klubu ilə səfər oyununda (0:2) meydana çıxmaqla rəsmiləşdirib.

Xatırladaq ki, Topal "Başakşəhər"lə Superliqada son mövsümün qalibi olmaqla da ilkə imza atmışdı. O, “Qalatasaray” və “Fənərbaxça”dakı çempionluqlarından sonra “Başakşəhər”lə də bu sevinci yaşamaqla 3 fərqli klubla Türkiyə çempionu olan ilk futbolçuya çevrilmişdi.