Merih Demiral Markizionun cavabını verdi

Karyerasını başa vuran "Yuventus"un sabiq futbolçusu Klaudio Markizio Türkiyənin Suriyada terrorçulara qarşı həyata keçirdiyi əməliyyatı pisləyib.

Sportline.az xəbər verir ki, Türkiyənin kürdləri bombalamaqda günahlandıran italiyalı futbolçu sosial şəbəkə hesabında bunları qeyd edib:

"Dünyanın boş yerə çevirildiyini görürəm. Bir gün bizi də yox edəcək fırtınanın yaxınlaşdığını hiss edirəm. Milyonların acısını çəkirəm. Türkiyə Suriyadakı kürdləri bombalamağa başladı. Bu dünya üçün böyük utancdır. Hər ölümə görə özümüzü günahkar hiss etməliyik".

"Yuventus"un türkiyəli futbolçusu Merih Demiral  veteran futbolçuya sosial şəbəkədə cavab verib:

"PKK qadınlar, uşaqlar və körpələr daxil olmaqla 40 min insanın ölümünə görə məsuliyyət daşıyır. Türkiyənin missiyası cənubda terror koridorunun yaradılmasını əngəlləmək və 25 milyon suriyalını təhlükəsiz bölgəyə yerləşdirməkdir".