"Mersedes" komandasının ulduz pilotu boliddə yaranan problemlərdən danışıb
"Mersedes" komandasının ulduz pilotu boliddə yaranan problemlərdən danışıb.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, Antoni Deyvison açıqlamasında :" İlk test sürüşündə bolidimin istədiyim səviyyədə olmadığını anladım. Arxa təkərlər çox ağırdır. Döngələrdə problemlər yaşadım və komandaya bunu bildirdi. Qalib gəlmək üçün yeniliklər etməli olacağıq",-deyib.
Təcrübəli pilot bolidin əvvəlki illərə nisbətən daha yaxşı olduğunu və ediləcək dəyişikliklərdən sonra daha mükəmməl hala gələcəyini bildirib.
Qeyd edək ki, Formula 1 Bəhreyn qran-prisinə mart ayında start veriləcək.