Mert Müldür: "Rəqib qapıçının sayəsində 2 xal itirdik"
Türkiyə Superliqasında "Adana Demirspor" - "Fənərbağça" matçında qol vurulmayıb.
Sportline.az "Fotomaç"a istinadla xəbər verir ki, oyundan sonra qonaqlardan Mert Müldür jurnalistlərə açıqlama verib.
"Meydan sahibləri çox yaxşı müdafiə olundular. Qələbə üçün hər şeyi etdik. Amma rəqib qapıçının sayəsində 2 xal itirdik" - deyə Müldür bildirib.