Mertensdən "Napoli"yə rədd cavabı

"Napoli" futbolçusu Dris Mertenslə müqavilənin müddətini uzatmaq istəyir.

Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Neapol klubu mövsümün sonunda sözləşməsi bitəcək belçikalıya yeni təklif irəli sürüb. Ancaq Mertens hazırda yeni müqavilə imzalamaq fikrində olmadığını deyib. Onun komandasını dəyişmək fikrində olduğu qeyd edilir.

32 yaşlı hücumçu 2013-cü ildən "Napoli"də çıxış edir.