Məşhur idmançı tanınmış zərgərə 25 minlik fırıldaq gəlib
Məşhur basketbolçu Ceyson Terri fırıldaqçılıqda günahlandırılır.
Sportline.az championat.com-a istinadla xəbər verir ki, "Dallas Məviriks"in heyətində NBA çempionu olan müdafiəçi, tanınmış zərgər Erik Mavanidən kirayə götürdüyü 25 min dollar dəyərində Roleks saatını geri qaytarmayıb.
Məlumata görə, Terri brilliant saatı gecə klubuna getmək üçün kirayə götürsə də, sonradan onu qaytarmağı "unudub".
Erik Mavaninin saatı geri almaq üçün məhkəməyə üz tutduğu bildirilir.