Məşhur futbolçu dünyasını dəyişdi

“Real”ın əfsanəvi futbolçularından sayılan Qreqorio Benito vəfat edib.

Sportline.az xəbər verir ki, bu məlumatı Madrid klubunun rəsmi saytı yayıb.

Qeyd edək ki, Qreqorio Benito 1966 – 1982-ci illərdə "Real"ın formasını geyinib.

Mərkəz müdafiəçisi mövqeyində oynayan futbolçu, 6 dəfə La Liqanın, 5 dəfə isə İspaniya kubokunun qalibi olub.