Məşhur futbolçu karyerasını bitirir

"Çelsi"nin müdafiəçisi Tyaqu Silva gələcək karyerası ilə bağlı fikirlərini açıqlayıb.

Sportline.az Sky İtaly nəşrinə müsahibəsində bunun qeyri-müəyyən olduğunu bildirib: "Dərk edirəm ki, karyeramın sonu getdikcə yaxınlaşır. Nə vaxt və hansı klubda futbolla vidalaşacağımı bilmirəm. Hazırda yalnız "Çelsi" ilə müqavilənin son ilindən zövq almağa çalışıram. Gələn il nə olacağını zaman göstərəcək"

Qeyd edək ki, 39 yaşlı braziliyalının London klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda bitəcək.