Məşhur futbolçu Koreya çempionatında

"Mançester Yunayted"in sabiq futbolçusu Cessi Linqard karyerasını Asiyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, onun Koreya çempionatına yollanacağı bildirilir.

Bu haqda jurnalist Pit Orurk məlumat yayıb.

31 yaşlı ingiltərəli hazırda azad agent statusu daşıyır. 

O, son klubu "Nottingem Forest"dən ötən ilin yayında ayrılmışıdı. 

Qeyd edək ki, Linqard karyerası ərzində "Mançester Yunayted", "Vest Hem", "Derbi Kaunti" və "Lester" komandalarının formasını geyinib.