Məşhur futbolçu millinin baş məşqçisi oldu
İrlandiya milli komandası yeni baş məşqçisini açıqlayıb.
Sporline.az championat.com-a istinadla xəbər verir ki, söhbət ”Mançester Yunayted”in keçmiş üzvü Con Oşidən gedir.
Milli komandanın mətbuat xidmətinin verdiyi xəbərdə bildirilir ki, o, təyinatdan sonra bu fikirləri səsləndirib:
“Mart ayındakı milli arada komandaya rəhbərlik etmək mənim üçün şərəf olacaq. İstər futbolçu karyeram zamanı, istərsə də bu yaxınlarda əsas və 21 yaşadək milli komandaların məşqçilər korpusunun bir hissəsi kimi ölkəmi təmsil etməkdən həmişə böyük qürur hissi keçirmişəm. Əminəm ki, bu komanda müsbət nəticələr göstərəcək".
Qeyd edək ki, 42 yaşlı mütəxəssis futbolçu karyerasını bitirdikdən sonra “Ridinq”, “Stok Siti”, “Birminqem”klubları ilə yanaşı, İrlandiyanın U-21 və əsas millisində köməkçi məşqçi vəzifəsində çalışıb.