Məşhur futbolçu VAR monitorunu yerə yıxdı
"Selta"nın hücumçusu Yaqo Aspas La Liqanın 12-ci turunun "Sevilya" ilə oyununda (1:1) komandasının xeyrinə verilən penaltinin ləğv edilməsinə emosional reaksiya verib.
Sportline.az xəbər verir ki, matçın 90+7-ci dəqiqəsində baş hakim Alexandro Hernandez “Sevilya”nın qapısına penalti təyin edib. Lakin VAR-a baxan baş hakim sonra penaltini ləğv edib. Bu qərarla razılaşmayan Aspas əsəblərini cilovlaya bilməyib. O, hirslənərək VAR monitorunu yerə atıb.