Məşhur futbolçunun üç ali təhsili var imiş

Uzun illər Rusiya millisinin formasını geyinən İqor Akinfeyev maraqlı faktı açıqlayb.

Sportline.az xəbər verir ki, CSKA-nın qapıçısı TASS-a müsahibəsində 3 ali təhslinin olduğunu bildirib.

"Bədən tərbiyyəsi akademiyasında hər şeyi öyrədirlər. Məncə, tək idmançılar üçün yox, istənilən insan üçün təhsil vacib məsələdir. Üç ali təhsilim var. Bəlkə də bununla kifayətlənmədim. Özümüzü durmadan inkişaf etdirməliyik", - deyə təcrübəli futbolçu düşüncələrini bölüşüb.

Qeyd edək ki, 2003-cü ildən CSKA-da çıxış edən İqor Akinfeyev altı dəfə Rusiya çempionu, yeddi dəfə Rusiya kubokunun qalibi, olub.

O, həminin UEFA kubokunun qalibi və Avro-2008-in bürünc mükafatçısıdır.