Məşhur gürcü futbolçu "Trabzonspor"a keçə bilər

Moskva “Spartak”ının kapitanı Giorgi Cikiya karyerasını Türkiyədə davam etdirə billər.

Sportline.az xəbər verir ki, Rusiya millisinin üzvünün xidmətində "Trabzonspor" maraqlıdır.

Türkiyə nəşri "61saat"ın məlumatına görə, "Trabzonspor" nümayəndələri artıq Cikiya ilə şəxsi müqavilənin şərtləri ilə bağlı danışıqlara başlayıblar.

Qara dənizlilər rusiyalı oyunçunu komandanı tərk edəcək Xoakin Fernandezin əvəzinə heyətə cəlb etmək istəyirlər.

Jikiya bu mövsüm “Spartak”ın əsas heyətindəki yerini itirib. Müdafiəçi bütün turnirlər daxil olmaqla 2023-2024 mövsümündə sadəcə 9 oyunda iştirak edib.

Onun klubla 2024-cü ilin iyun ayına qədər müqaviləsi var.

Transfermarkt portalında Cikiyanın dəyəri 5 milyon avrodur.