Məşhur idmançı 35 min dollar cərimə olundu

NBA rəhbərliyi "Filadelfiya"nın mərkəz oyunçusu Joel Embiidi 35 min dollar cərimələyib.

Sportline.az xəbər verir ki, buna, basketbolçunun müntəzəm çempionatın "Portlend"lə oyununda (126:98) "Triple H" və "D-Generation X" elementlərini qeyd etməsi səbəb olub.

Embiid ötən mövsümdə də eyni davranışına görə 25 min dollar ziyana düşmüşdü. 

Qeyd edək ki, 29 yaşlı kamerunlu basketbolçu cari mövsümdə keçirdiyi 3 oyunda orta hesabla 31 xal, 10,3 ribaund və 7 asistlə yadda qalıb.