Məşhur idmançı həbsxanaya düşüb
NBA-nın üçqat çempionu Patrik Makkou "Ostende" ilə müqavilə bağladıqdan sonra 4 gün Belçika həbsxanasında qalıb.
Sportline.az Het Nieuwsblad nəşrinə istinadla xəbər verir ki, buna viza ilə bağlı problemlər səbəb olub.
Məşhur basketbolçu məsələ aydınlaşanadək Stinokkerzele həbsxanasında qalmağa məcbur olub.
Sərhədçilər yoxlama zamanı onun pasportunda hansısa səhv qeydə alıblar.
Nəticədə 4 gününü həbsxanada keçirən Makkou yenidən ABŞ-a qayıtmalı olub.