Məşhur idmançıdan bədbin açıqlama

Formula 1 üzrə üçqat dünya çempionu Maks Ferstappen pərəstişkarlarını üzən açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, "Red Bull"un pilotu bu il Konstruktorlar yarışında və ümumi hesabda qalib ola bilməyəcəklərini bildirib.

İtaliya Qran-Prisində 6-cı olan Ferstappen "Racer"ə açıqlamasında uğursuzluğu belə izah edib: "Hazırda şəxsi və komanda yarışında qalib olmaq gücündə deyilik. Bolidi idarə eləmək çox çətindir. Balansla bağlı ciddi problemimiz var. Bu, bütün yarış boyu özünü büruzə verir".

Qeyd edək ki, 26 yaşlı pilot hazırda 303 xalla ümumi hesabda liderdir.

İkinci yerdə Lando Norris, üçüncü pillədə isə, Şarl Lekler qərarlaşıb.