Məşhur idmançının rəfiqəsinin boynunu qırmadığı üzə çıxdı
"Hyuston Rokets"in basketbolçusu Kevin Porter ona qarşı irəli sürülən üç ittihamdan birindən yaxa qurtarıb.
Sportline.az Daily Mail nəşrinə istinadla xəbər verir ki, onun rəfiqəsinin böyun fəqərəsini qırmadığı üzə çıxıb.
Prokurorluq kifayət qədər dəlil olmadığından bu ittihamı rədd edib.
Qeyd edək ki, Kevin Porter sabiq rəfiqəsi Kaysra Hondreziklə oteldəki qalmaqal zamanı ona qarşı zorakılıqda günahlandırılır.