Məşqçi ilə dalaşdı, klubdan getdi
Müdafiəçi Mamadu Sako özünün X səhifəsində "Monpelye"dən ayrıldığını açıqlayıb.
Sportline.az xəbər verir ki, klub isə rəsmi saytında futbolçunun gedişini təsdiqləyib.
“10 günlük müzakirədən sonra tərəflər vicdanla müqavilə münasibətlərinə xitam verməyə razılaşdılar. Klub Mamadu Sakoya göstərdiyi performansa görə təşəkkür edir, ona və ailəsinə gələcək üçün ən yaxşısını arzulayır”, - deyə "Monpelye" mətbuata açıqlamasında bildirib.
Oktyabrın 25-də Sakonun məşq zamanı “Monpelye”nin baş məşqçisi Mişel Ter-Zakaryanla dava etdiyi məlum olub. 60 yaşlı mütəxəssis futbolçunun narazılığından sonra onu "ağlayan körpə" adlandırıb. Buna cavab olaraq Sako məşqçinin yaxasından yapışıb, bundan sonra o, qazona yıxılıb.