Messi: "Dünya çempionu olduğuma inana bilmirdim"
Lionel Messi Argentina millisi ilə dünya çempionu olmasından sonra keçirdi hisslərdən danışıb.
Sportline.az "L’Equipe"ə istinadla xəbər verir ki, Messi buna çətinliklə inandığını bildirib.
“Beynimdən min fikir keçdi... Bu an necə hiss etdiyinizi izah etmək çətindir. Tribunadakı ailələrə mesaj göndərmək vacib idi ki, onlar bu anı görə bilsinlər. Mən bütün ömrüm boyu bu arzum üçün mübarizə aparmışam. Bu həm də ailəmin, dostlarımın və bütün Argentinanın arzusu idi. Öz-özümə dedim: “Budur, mən hər şeyi qazandım”. Kuboku səhnədə görəndə onun bizim olduğuna inana bilmədim. Ona ilk dəfə toxunmaq fürsətim olanda dərhal onu öpmək istədim”, - "L’Equipe" Messinin sözlərindən sitat gətirib.