Messi "Kamp Nou"ya qayıdır
Superulduz Lionel Messi "Kamp Nou"ya qayıdır.
Sportline.az "FootballTransfers"ə istinadla xəbər verir ki, buna səbəb "Barselona"nın Messi üçün vida matçı keçirmək planıdır.
Argentinalı futbolçu 2 il öncə Kataloniya klubundan ayrılmışdı. Qəfil PSJ-yə keçdiyi üçün azarkeşlərə vida edə bilməmişdi.
"Barselona" rəhbərliyi 2024-cü il noyabrın 29-da Messi üçün vida matçı planlaşıdırır. Bu həmçinin klubun 125 illiyinə həsr olunacaq.