Lionel Messi qərarını açıqladı
Son günlər Lionel Messinin qış transfer pəncərəsində icarə əsasında başqa komandada oynayacağı ilə bağlı xəbərlər dolaşırdı.
Sportline.az ESPN-ə istinadla xəbər verir ki, argentinalı ulduz bununla bağlı qərarını açıqlayıb.
"Inter Mayami"nin hücumçusu heç bir komandaya getməyəcəyini bildirib.
Messi çempionatın son oyunu və milli komandanın oyunlarından sonra Argentinaya yollanaraq istirahət edəcəyini deyib.
Qeyd edək ki, bu yay "İnter Mayami"yə keçən Messinin Florida klubu ilə 2025-ci ilədək müqaviləsi var.