"Messi "Qızıl top"a layiq deyildi"

Əfsanəvi futbolçu Lotar Matteus Lionel Messinin "Qızıl top" qazanmasını haqsız hesab edir.

Sportline.az "Football Italia"ya istinadla xəbər verir ki, almaniyalı sabiq futbolçu Erlinq Haaland bu mükafata daha layiq olduğunu bildirib.

“Haaland bütün mövsüm Messidən daha yaxşı idi. Messi bu mükafata layiq deyildi. Sanki dünya çempionu olmaq hər şeydən vacibdir. Mənim üçün son 12 ayda heç kim Haalanddan yaxşı olmayıb. O, "Siti" ilə vacib titullar qazandı və ən çox qolu vurdu. Baxmayaraq ki, mən həmişə Leo azarkeşi olmuşam”, – deyə Matteus bildirib.

Qeyd edək ki, 62 yaşlı Matteus 1990-cı ildə “Qızıl top”a layiq görülüb.