Messi "Qızıl top"u özü ilə Amerikaya apardı

"İnter Mayami"nin hücumçusu Lionel Messi klubun akademiyasının oyunçuları ilə görüşüb və onlara "Qızıl top"u da gətirib.

Sportline.az xəbər verir ki, Messi oktyabrın 31-də səkkizinci dəfə " Qızıl top"u qazanıb. Səsvermədə 36 yaşlı argentinalı müvafiq olaraq ikinci və üçüncü yerləri tutan Erlin Haaland və Kilian Mbappeni qabaqlayıb. Ronaldo 19 ildə ilk dəfə olaraq mükafata namizədlər siyahısına daxil edilməyib.

Bu yay hücumçu PSJ ilə müqaviləsi başa çatdıqdan sonra "İnter Mayami"yə keçib. Bu mövsüm o, 14 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.