Messi üçün "Barselona"da vida matçı
Lionel Messi "Barselona"da vida matçına çıxa bilər.
Sportline.az İspaniya mətbuatına istinadla xəbər verir ki, bu barədə klubun idman direktoru Deko məlumat verib.
“Messi klub tarixindəki ən böyük kumirdir. "Barselona"nın Ronaldo və Kroyff kimi oyunçuları var, amma argentinalı bəlkə də ən böyükdür. Düşünürəm ki, bu yeni stadionda keçiriləcək ilk matç olacaq”, - deyə Deko bildirib.
Lionel Messi 2003-2021-ci illərdə "Barselona" şərəfini qoruyub.