Messi və Neymarın gedişi PSJ-yə problem yaradıb

Fransanın PSJ klubu Messi və Neymarın gedişindən sonra sponsorlarlarını itirməyə başlayıb.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, klubun artıq 2 önəmli sponsorunu itirdiyi və maliyyə problemləri yaşamağa başladığı bildirilir.

Parislilər isə bu xəbərlərin yanlış olduğunu və heç bir sponsorla ayrılıq yaşanmadığını açıqlayıblar.

Qeyd edək ki, Lionel Messi bu mövsüm “İnter Mayami”yə, Neymar isə “Əl-Hilal” klubuna transfer olunub.