Messidən maraqlı açıqlama
"Inter Mayami" və Argentina millisinin hücumçusu Lionel Messi onun üçün "Qızıl top"un nə anlam daşıdığı haqda sualı cavablandırıb.
Sportline.az xəbər verir ki, o. "L'Equipe" nəşrinə müsahibəsində "Əlbəttə ki, "Qızıl top" çox nüfuzlu mükafatdır. Amma həmişə demişəm ki, komanda mükafatları mənim üçün daha önəmlidir. "Barselona" nın və Argentina millisinin heyətində bütün mümkün kubokları qazandığıma görə özümü xoşbəxt hesab edirəm. Bu qədər mükafatla karyeranı bitirmək inanılmaz bir hissdir. "Qızıl top"un da kolleksiyamda xüsusi yeri var", - deyə Messi bildirib.
Xatırladaq ki, 36 yaşlı argentinalı bu günlərdə 8-ci dəfə "Qızıl top"a layiq görülüb.