Messidən mundial siqnalı

"İnter Mayami"nin futbolçusu Lionel Messi 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak edə bilər.

Sportline.az xəbər verir ki, bu barədə məlumatı məşhur "The Times" qəzeti dərc edib.

Məlumatda Lionel Messinin yaxın ətrafına mundialda oynamaq istəyi barədə danışdığı bildirilib.

Qeyd edək ki, superulduz 1 il öncə Qətərdə keçirilən dünya çempionatının qalibi olmuş və bu il "Qızıl top" mükafatını qazanmışdı.