Messidən "Pari-Sen-Jermen" etirafı

"Inter Mayami"nin forvardı Lionel Messi PSJ ilə bağlı xatirələrini bölüşüb.

Sportline.az xəbər verir ki, o, RMC Sport-a açıqlamasında Parisdən xoş təəssüratlarla ayrıldığını bildirib: "Parisdəki karyeram istədiyim kimi alınmasa da, ümumilikdə bu şəhər və klubla bağlı xoş xatirələrim var. Iki il yaşadığım Parisdə yaxşı dostlar qazandım. Övladlarım bu şəhəri çox sevdilər. Təəssüf ki, idman baxımından hər şey ümid etdiyim kimi alınmadı", - deyə Messi təəssüratlarını bölüşüb. 

Qeyd edək ki, 36 yaşlı futbolçu ötən gecə 8-ci dəfə "Qızıl top" mükafatına layiq görülüb.