Messidən Ronaldo açıqlaması

"Qızıl top" mükafatının sahibi Lionel Messi portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo ilə rəqabətindən danışıb.

Sportline.az xəbər verir ki, "L’Equipe" nəşrinə danışan argetninalı Ronaldo ilə qarşılaşıdığı dövrü "böyük döyüş" adlandırıb.

“Bu, böyük bir döyüş idi. Düşünürəm ki, rəqabətimiz sayəsində bir-birimizə fayda gətirmişik, çünki ikimiz də yarışmağı sevirik. O da həmişə qalib gəlmək istəyirdi. Bu, bizim üçün və futbolsevərlər üçün çox gözəl hekayə idi. Bu müddət ərzində gördüyümüz işlər çox dəyərlidir. Necə deyərlər, zirvəyə çıxmaq asan, orada qalmaq isə çətindir. 10-15 il zirvədə qaldıq. Bu səviyyədə qalmaq çox çətin idi və düşünürəm ki, bu, futbolu izləyən hər kəs üçün gözəl bir xatirə olacaq”, – deyə argentinalı bildirib.