"Messidən xahiş edəcəyik ki..."
Argentina millisinin baş məşqçisi Lionel Skaloni Messinin seçmə komandadakı gələcəyi haqda söz açıb.
Sportline.az xəbər verir ki, o, Messinin mümkün qədər millidə karyerasını gec başa vurmasını arzuladıqlarını deyib.
"Biz Leodan bunu xahiş etmişik. İstəyirik ki, o, hələ uzun müddət millinin formasını geyinsin. Dünya çempionu olmaqla adını futbol tarixinə yazdırdı. Amma, onun davam etməsini istəyirik. Karyerasını nə vaxt bitirəcəyini deyə bilmərək. İstənilən halda Leo dahidir".
Skaloni ESPN-ə müsahibəsində Messinin tükənməz istəyini də vurğulayıb: "Onu yaxından izləməyin hansı zövq verdiyini sözlə ifadə etmək mümkün deyil. Məşqlərdə hansı xarüqələr yaratdığını sadəcə görmək lazımdır. Bu ağlasığmazdır".
Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina millisinin şərəfini qoruyur.