Messinin ilk müqaviləsini imzaladığı vərəq hərraca çıxarılır

Dünya futbolunun canlı əfsanəsi Lionel Messinin ilk müqaviləsini imzaladığı vərəq hərraca çıxarılır.

Sportline.az xəbər verir ki, argentinalı super ulduzun 13 yaşında “Barselona”ya transfer olunarkən imzaladığı vərəqin başlanğıç qiyməti görənləri heyrətə gətirib.

İngiltərə "Bonhams" hərrac evinin verdiyi açıqlamada, 13 yaşlı Lionel Messinin “Barselona” ilə ilk müqaviləsini imzaladığı vərəqin mart ayında 300 min funt sterlinq başlanğıc qiyməti ilə hərraca çıxarılacağı bildirilib.