Messinin rekordu qırıldı

PSJ-nin oyunçusu Kilian Mbappe Çempionlar Liqasının qrup mərhələsində “Brügge” ilə keçirilən oyunda (5:0) rekorda imza atıb.

Sportline.az xəbər verir ki, matçın 61-ci dəqiqəsində meydana daxil olan fransalı hücumçu het-trik edərək ÇL-dəki qollarının sayını 15-ə çatdırıb. Bununla da o, turnirdə 15 qol həddinə çatan ən gənc futbolçu adına yiyələnib.

Mbappe bunu 20 yaş 306 günlüyündə edib. Ona qədər sözügedən rekord "Barselona"nın hücumçusu Lionel Messiyə məxsus idi. Argentinalı futbolçu 21 yaş 288 günlüyündə rekord müəyyənləşdirmişdi.