Məsut Özildən maraqlı etiraf

Məşhur türk əsilli almaniyalı futbolçu Məsut Özil maraqlı etirafla pərəstişkarlarının diqqətini cəlb edib.

Sportline.az xəbər verir ki, "Real" və "Arsenal"ın sabiq yarımmüdafiəçisi "Yuventus" sevgisini dilə gətirib.

"Karyeram ərzində formasını geyindiyim bütün klublarla fəxr edirəm. Yalnız biri çatışmadı - mənim italyan sevgim "Yuventus"...", - deyə Özil X sosial şəbəkəsində düşüncələrini bölüşüb.

Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü karyerasını 2023-cü ilin martında 34 yaşında başa vurmuşdu.