Meyson Qrinvud ulduz futbolçunun cəzalandırılmasını istəmir
İngiltərəli futbolçu Meyson Qrinvud ulduz futbolçunun cəzalandırılmasını istəmir.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, hazırda "Xetafe" klubunda çıxış edən 22 yaşlı futbolçu Meyson Qrinvud "Real Madrid"in gənc ulduzuna cəza verilməməsini tələb edib.
O açıqlamasında :"Futbolda bu tərz hərəkətlər yaranan gərginliklə bağlı bir şeydir. Cud Bellingemi məni təhqir etdiyinə görə bağışlamışam. Futboldan uzaqlaşdırılmasını istəmirəm, çünkü La Liqa onunla gözəldir",-deyib.
Qeyd edək ki, La Liqa rəsmiləri Cud Bellingemin etikadan kənara hərəkətini müzakirə etdikdən sonra yekun qərarı verəcəklərini bildiriblər.