Meyson Qrinvudun transfer qiyməti açıqlanıb
Meyson Qrinvudun transfer qiyməti açıqlanıb
Sportline.az Sport1-ə istinadən xəbər verir ki,mövsümün əvvəlində “Mançester Yunayted”dən icarə əsasında “Hetafe”yə yollnan Meyson Qrinvud burada göstərdiyi performansla "Barselona" və "Atletiko Madrid"in maraq dairəsinə düşüb.
”Mançester Yunayted” Qrinvudun tranfer qiymətini təyin edib.İngilətərəli oyunçunu transfer etmək istyən klublar “mankunyanlara” 40 milyon avro ödəməli olacaqlar.
Eyni zamanda bildirilir ki,oyunçunun “Mançester Yunayted”ə qayıtmaq ehtimalı yoxdur.22 yaşlı futbolçu bu mövsüm “Xetafe” ilə çıxdığı 24 oyunda 7 qol vurub,5 məhsuldar ötürmə edib.